Ronaldo koronavirusa yoluxdu

"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. 35 yaşlı hücumçunun karantinə alındığı bildirilib.

Ronaldo sabah Millətlər Liqasında İsveçlə keçiriləcək matçı buraxacaq.

Bundan başqa, Kriştiano A Seriyasının növbəti turunda "Krotone" və Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Kiyev "Dinamo"su ilə görüşdə iştirak edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right