"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını İngiltərənin "Şeffild Yunayted" klubunda davam etdirməyə yaxındır.
Newsport.az-ın məlumatına görə, tərəflər böyük ölçdüə anlaşıblar. Premyer Liqa təmsilçisi 24 yaşlı qolkiper üçün 22 milyon avro+bonuslar ödəməyi qəbul edib. Növbəti satışdan Trabzon təmsilçisinə 15 faiz pay düşəcək.
Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 43 oyunda 48 top buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.