La Liqa De Byaziyə uğurlar arzuladı FOTO

İspaniya La Liqasının "Facebook" səhifəsi Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byaziyə işində uğurlar arzulayıb.

 

Newsport.az-ıın məlumatına görə, paylaşılan postda qeyd edilib:

 

"La Liqa komandalarının keçmiş baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edirik. Təbriklər, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası!"

 

Federasiya bu gün italiyalı mütəxəssislə rəsmi sözləşmə bağlayıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

 

64 yaşlı mütəxəssis İspaniyada "Levante" və "Alaves" klublarını çalışdırıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right