"Ağlamaq fayda verməyəcək" - Prosineçki

"Kayserispor”un baş məşqçisi Robert Prosineçki komandasının Türkiyə superliqasını tərk etməsinin  səbəblərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, "Trabzonspor"a dünənki məğlubiyyətdən sonra Kayseri təmsilçisi yarışı 17-ci yerdə başa vurub və yüksək liqa ilə vidalaşıb. Matçdan sonra keçirilən mətbuat konfransında millimizin sabiq baş məşqçisi hakimləri günahlandırıb:

“Belə bir dramatik oyundan  sonra danışmaq asan deyil. Təxminən 7.5 ay liqada qalmaq üçün inanılmaz dərəcədə çalışdıq. Superliqanı tərk edəcək deyilən komandayla sonadək mübarizə apardıq, son dəqiqədə superliqanı tərk etdik, şansımız gətirmədi. Çox qol fürsətlərini qaçırdıq. Həqiqətən söyləmək üçün söz tapa bilmirəm. Mən indiyə qədər VAR və hakimlər haqqında heç nə danışmamışam, hamı səhvlər haqda fikir bildirir. Komandamız, şəhər superliqadan düşməyə layiq deyildi. Çox məyusam, ancaq ağlayıb, sızlamaq fayda verməyəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right