"Barselona" növbəti transferini həyata keçirib.
Newsport.az saytının klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi Duqlas Pereyra ilə beş illik müqavilə imzalanıb.
Qeyd edək ki, D.Pereyra son üç mövsüm "San Paulo"nın şərəfini qoruyub. O, oynadığı 95 matçda 4 qol vurub.