"Bavariya"nın CEO-su Karl Hanz Rummenige "Borussiya" azarkeşlərini əsəbləşdirəcək açıqlama verib.
Newsport.az saytının məlumatına görə, əfsanəvi futbolçu Dortmund təmsilçisinin "Bavariya"nı yamsıladığını bildirib:
"Bu, "Borussiya"nın "Bavariya"dan ala biləcəyi ən böyük iltifatdır. Amma həqiqətdə olduğu kimi, futbolda da "Borussiya" Bavariya"nı yamsılayır"
Uzun illərdir maliyyə problemi yaşayan Dortmund təmsilçisi finansal taktiki gedişlərlə əzəli rəqibi "Bavariya"nı geridə qoymağı bacarıb.