Almaniya II Bundesliqasında X turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” “Bavariya”nın ikinci komandasına uduzub – 1:4.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. Millimizin forvardı 82-ci dəqiqədə matçda son nöqtəni qoyub.
Münster klubu 10 turdan sonra 9 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.