"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Yuventus"la oyundan (0:3) sonra Kriştianu Ronaldonun sevincinə münasibət bildirib:
Newsport.az-ın məlumatına görə, portuqaliyalı ulduz ötən gecə Dieqo Simeonenin ilk görüşdəki qeyri-etik jestini təkrarlayıb.
"Ronaldo dünyanın ən yaxşı oyunçusudu. Belə böyük matçlarda ön plana çıxmaq bacarığına sahibdi.
"Metropolitano"da etdiyim hərəkəti görmüşdü, o da mənim kimi, xarakter nümayiş etdirməyə çalışdı".