"Qəbələ"nin futbolçusu Deyv Bulthuisin Hollandiyanın "Herenven" klubuna keçidi rəsmiləşib.
Newsport.az xəbər verir ki, cinah müdafiəçisi yeni klubu ilə münasibətlərini bu gün rəsmiləşdirib. Ötən yay Almaniyanın "Nürnberq" klubundan transfer olunan Deyv Avropa Liqası matçlarında "Qəbələ"yə kömək etsə də, Premyer Liqada cəmi 4 oyun keçirdi.
Ötən gün "qırmızı-qaralar"da müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən cinah müdafiəçisi "Herenven"lə 2,5 illik sözləşmə imzalayıb.
Xatırladaq ki, "Qəbələ" yay fasiləsində "Reyncers"dən icarəyə götürdüyü şotlandiyalı yarımmüdafiəçi Endi Hallideylə də az oynadığına görə qış fasiləsində yollarını ayırıb.