"Bavariya" itki ilə üzləşib.
Newsport.az xəbər verir ki, əsas qapıçı Manuel Noyerin uzunmüddətli zədələnməsindən sonra, Münhen təmsilçisinin qapısını qoruyan Sven Ulrayx da sıradan çıxıb.
29 yaşlı qolkiper dövrəarası təlim-məşq toplanışını Qətərdə keçən "Bavariya"nın məşqi zamanı zədələnib. Təcrübəli "əlcək sahibi"nin sağ əlinin orta barmağı sınıb. Ulrayxın durumu haqda ətraflı məlumat tibbi müayinədən sonra veriləcək.
Əgər onun zədəsi ciddi olsa, "Bavariya"nın qapısını 36 yaşlı Tom Ştarke qoruyacaq.