Almaniyanın “Borussiya” klubu heyətinə yeni oyunçu cəlb edir.
Newsport.az-ın məlumatına görə, Dortmund təmsilçisi Argentinanın “Veles Sarsfild” klubundan Maksimiliano Romeronu transfer edir. Artıq klublar arasında razılıq əldə olunub.
Dortmund təmsilçisi bu transfer üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.
Qeyd edək ki, 18 yaşlı argentinalı futbolçu son 3 mövsümdə “Veles Sarsfild”in heyətində 40 oyun keçirib və 9 qol vurub.