“Köln” 38 yaşlı futbolçu transfer etdi

Almaniya Bundesliqasında mübarizə aparan “Köln” perulu futbolçu Klaudio Pisarronu heyətinə qatıb.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı oyunçuyla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Daha öncə “Verder” (Bremen) və “Bavariya”da forma geyinən hücumçu Bundesliqada cəmi 191 qol vurub. Avrokuboklarda 30, Peru millisinin heyətində 18 qol vuran Pisarro keçən mövsüm “Verder” formasını geyinib.

Qeyd edək ki, bu mövsüm Bundesliqada qələbə qazana bilməyən “Köln” turnir cədvəlində 1 xalla sonuncu sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right