İspaniyanın “Sevilya” klubu daha bir transfer edib.
Newsport.az saytının məlumatına görə, Andalusiya təmsilçisi "Barselona" klubunun futbolçusu Cerard Deulofeu ilə rəsmi müqavilə imzalayıb. 20 yaşlı futbolçu yeni mövsümdə "Sevilya"da 1 il icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, ötən mövsüm "Everton"da icarə əsasında çıxış edən gənc futbolçu Premyer Liqada keçirdiyi 29 oyunda 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.