Millimizin üzvü "Bohum"da!

2015-ci ildə 17 yaşlı futbolçular arasında ölkəmizdə keçirilən Avropa Çempionatında millimizin heyətində çıxış edən Barış Ekincierin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 18 yaşlı futbolçu Almaniyanın "Bohum" klubuna keçib. Son mövsümü "Essen"in heyətində keçirən hücumçu "Bohum"un U-19 komandası ilə 1 illik müqavilə imzalayıb. 

Məlumatı saytımıza açıqlamasında futbolçunun əmisi Tekin Ekincier də təsdiqləyib.

Qeyd edək ki, solaxay futbolçu Almaniyanın "Essen" klubunda çıxış edirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right