Newsport.az-ın məlumatına görə, hollandiyalı futbolçu “Sampdoriya”nın maraq dairəsindədir. Futbolçunun meneceri Qido Albers bildirib ki, Sneyder gələn il keçiriləcək dünya çempionatına yollanmaq üçün “Sampdoriya” variantına müsbət yanaşır: “Uesli özü də “Sampdoriya”ya keçmək istəyir. Təkliflər göndərən komandalar arasında ilk seçim “Sampdoriya” olacaq. Sneyder getdiyi yerlərdə özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb”.
Qeyd edək ki, Uesli Sneyder “Galatasaray”a 2013-cü ildə “İnter”dən keçib.