"Liverpul"un futbolçusu karyerasını başa vurdu

“Liverpul”un qapıçısı Aleksandr Manninger karyerasını bitirib.

Newsport.az saytının məlumatına görə, bu barədə 39 yaşlı qolkiper özü klubun saytına açıqlamasında məlumat verib. Manninger “qırmızılar”la ötən ilin yayında anlaşmışdı. O, son mövsümdə rəsmi oyunlarda şans qazanmayıb.

Qolkiper 1999-2008-ci illər aralığında Avstriya millisinin şərəfini qoruyub. Aleks karyerası ərzində “Zaltsburq”, “Robur Syena”, "Arsenal", “Yuventus”, “Auqsburq” kimi klubların uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right