“Yuventus”da ciddi itki

“Yuventus” ciddi itki ilə üzləşib. 

Newsport.az-ın məlumatına görə, “A” seriyasının 32-ci turunda “Peskara” ilə səfərdə matçında Turin klubunun aparıcı üzvü Paulo Dibala zədələnib.

Gənc futbolçu Salli Muntari ilə mübarizə zamanı xəsarət alıb və oyunu davam etdirə bilməyib. Bu səbəbdən də Argentina yığmasının üzvü 54-cü dəqiqədə Sturaro ilə əvəzlənib. 

Qeyd edək ki, “Yuventus” “Peskara” ilə səfər matçında 2:0 hesablı qələbə qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right