"Yuventus"un forvardı üçün mövsüm başa çatdı

"Yuventus"un heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, "qoca sinyora"nın hücumçusu Marko Pyaça sıradan çıxıb. Xorvatiya milli komandasının Estoniya ilə keçirdiyi hazırlıq matçın (0:3) 65-ci dəqiqəsində zədələnən futbolçunun durumu ciddidi.

Dizindən xəsarət alan 21 yaşlı forvardın əməliyyat olunacağı gözlənilir. Gənc hücumçunun mövsümün sonunadək yaşıl meydanlardan kənar qalacağı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right