Albaniya millisi DÇ 2018-in seçmə mərhələsi çərçivəsində İtaliyanın qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, komandaların start heyətləri açıqlanıb. Albaniya yığmasının "11-liy"ində "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də yer alıb. Baş məşqçi Covanni De Byassi Ağdam klubunun futbolçusunu ilk dəqiqələrdən meydana buraxacaq.
Ansi Aqolli komandasını meydana kapitan kimi çıxaracaq.
Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
