Millimizin üzvü Dimitri Nazarovun çıxış etdiyi “Aue”nin yeni baş məşqçisinin adı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, 2-ci bundesliqa təmsilçisini 31 yaşlı Domeniko Todesko çalışdıracaq.
İtaliyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Aue” 23 turdan sonra 19 xalla turnir cədvəlinin sonuncu, 18-ci pilləsində qərarlaşıb.