Pirlo: "O, Avropa və İtaliya futbolunun gələcəyi olacaq"

İtaliya və dünyanın ulduz futbolçularından hesab olunan Andrea Pirlo “PSJ”nin yarımmüdafiəçisi Marko Verratti barəsində açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı futbolçu Markonu İtaliya futbolunun gələcəyi kimi gördüyünü bildirib:

“Verratti əla futbolçudur və səviyyəsi yüksəkdir. Növbəti 10 ildə o, Avropa və İtaliya futbolunun gələcəyi olacaq. Bəzən mənim mövqeyimdə oynayır. Buna baxmayaraq, bizim yollarımız və oyun texnikamız fərqlidi. Verratti topu özündə çox saxlamağı bacarır. Biz birlikdə çox yaxşı vaxt keçirmişik. Bəzən futbolçuların öz mövqelərində kənarda oynamağı mümkünsüz görünür. Lakin bütün komanda bunu bacarsa, alınar”. 

Qeyd edək ki, Andrea Pirlo 2015-ci ildən “Nyu-York Siti” klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right