"Qalatasaray"da ciddi itkilər

Türkiyə Superliqasının XXI turunda səfərdə "Rizəspor"un qonağı olcaq "Qalatasaray"ın heyətində cidddi itkilər var. 

 

Newsport.az xəbər verir ki, İstanbul nəhənginin 5 futbolçusu "Rizəspor"a qarşı oynaya bilməyəcək. Söhbət komandanın aparıcı üzvləri Uesli Sneyder, Bruma, Lionel Karole, Hakan Balta və Eren Derdiyokdan gedir. Futbolçuların zədə səbəbindən yeni baş məşqçi İqor Tüdorun ixtiyarında olmayacağı dəqiqdir. 

 

Qeyd edək ki, sabah keçiriləcək "Rizəspor" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right