İtaliya A Seriyasında baş məşqçi istefası reallaşıb.
Newsport.az-ın məlumatına görə, "Peskara" klubu baş məşqçisi Massimo Oddo ilə yollarını ayırıb. Buna klubun uğursuz çıxış səbəb olub. Klubun rəsmi saytında yer alan məlumata görə, klub rəhbərliyinin bu gün baş tutan iclasında bir vaxtlatın məşhur futbolçunun qovulmasına qərar verilib.
Qeyd edək ki, "Peskara" çempionatda geridə qalan 24 tur ərzində əmi 9 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.