"Fənərbaxça"nın futbolçusu Robin Van Persi 3 oyunluq cəza alıb.
Newsport.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası "Beşiktaş"la oyunda (1:0) forvardın azarkeşlərə dilini göstərməsini nəzərə alaraq belə bir qərar qəbul edib.
Xatırladaq ki, oyunda yeganə qolun müəllifi holland futbolçu olmuşdu. Bundan başqa o, Toşiçin qovulmasında da əsas səbəbkar olmuşdu. Cəzadan əlavə Van Persi 5 min avro cərimə də edilib.