Reynaldonun debüt matçının nəticəsi ləğv olundu!

Türkiyə Futbol Federasiyası Super Liqanın 19-cu turunda keçirilən "Adanaspor" - "Kasımpaşa" (2:0) matçının nəticəsini ləğv edib.

Newsport.az-ın məlumatına görə, buna səbəb qonaq komandanın yarışın əsasnaməsini pozması olub. Belə ki, klubun baş məşqçisi "18-lik" heyətə legioner futbolçuların sayını tələb olunandan artıq əlavə edib. Nəticədə "Adanaspor"a 3:0 hesablı texniki qələbə verilib.

Qeyd edək ki, “Qarabağ”dan ayrılaraq “Adanaspor”a keçən Reynaldo məhz bu görüşdə debüt etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right