Türkiyə kuboku: "Qalatasaray"dan erkən vida

Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib.

 

Newsport.az-ın məlumatına görə,bir oyundan ibarət olan mərhələnin bu gün 4 matçı keçirilib. Turnirin son qalibi “Qalatasaray” səfərdə “Başakşəhər”ə 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

 

Digər 3 matçda isə qonaqlar mərhələ adlayıb. 

 

Türkiyə kuboku, 1/8 final

 

Tuzlaspor - Sivasspor 1:4

Qollar: Ozan Papaker, 70 - Hakan Arslan, 13. Adem Koçak, 34. Ergin Keleş, 56; 57.

 

Gənclərbirliyi - Kayserispor 2:3

Qollar: Serdar Gürler, 68. Etyen Velikonya, 86 - Velliton, 34; 45. Uğur Çiftçi, 76-avtoqol.

 

Şanlıurfaspor - Rizəspor 1:2 (əlavə vaxt)

Qollar: Caner Cavlan, 83 - İzzet Yıldırım, 73-avtoqol. Oğulcan Çağlayan, 117-pen.

 

Başakşəhər - Qalatasaray 2:1

Qollar: Mustafa Pektemek, 17; 27 - Ərən Dərdiyok, 90+1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right