"Beşiktaş"da yeni müqavilə

"Beşiktaş" bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi serb müdafiəçi Dusko Tosiçlə müqavilə müddətini uzadıb. 32 yaşlı futbolçunun mövsümün sonunda başa çatmalı olan sözləşməsi 2020-ci ilədək uzadılıb. Yeni müqaviləyə əsasən Tosiçin illik maaşı 200 min avro artırılacaq.

Qeyd edək ki, Serbiya milli komandasının üzvü 2015-ci ildən "Beşiktaş"da çıxış edir. O, "qara qartallar"ın heyətində 28 qarşılaşmada meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right