Millimizin üzvü "Manisaspor"da

Millimizin üzvü Ufuk Budakın yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, “Kayserispor”un əsas komandasında uzaqlaşdırılan, daha sonra öz istədiyi ilə komandanı tərk edən müdafiəçi karyerasını yenə Türkiyədə davam etdirəcək.

Cinah müdafiəçisi I liqada mübarizə aparan “Manisaspor” klubu ilə münasibətlərini rəsmiləşdirib. 

Qeyd edək ki, 26 yaşlı futbolçu mövsümün əvvəlində “Qaziantep BB”dən “Kayserispor”a keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right