Həmid Altıntop Almaniyaya qayıdır

"Qalatasaray"ın müqaviləsini ləğv etdiyi Həmid Altıntopun yeni klubu müəyyənləşmək üzrədir.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi Almaniya bundesliqası təmsilçisi "Darmştadt"la razılığa gəlib. O, tibbi müayinədən keçdindən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, H.Altıntop bundan əvvəl Almaniyanın "Vattenşayd", "Şalke" və "Bavariya" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right