Leroy Corcun yeni klubu rəsmən məlum oldu

Türkiyənin "Göztəpə"  klubundan qovulan "Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun yeni klubunun adına rəsmən aydınlıq gəlib. 

 

Newsport.az xəbər verir ki, Surinam əsilli hollandiyalı futbolçu karyerasını yenə Türkiyədə davam etdirəcək. O, I liqada mübarizə apran "Adana Dəmirspor" klubu ilə münasibətlərini rəsmiləşdirib. O, bu gün Adana klubunda rəsmi müqaviləyə imza çəkib. 

 

Qeyd edək ki, Leroy Corc ötən mövsümün əvvəlində "Qarabağ"dan İzmir klubuna transfer olunmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right