Emmanuel Adebayor Türkiyə klubunda

İngiltərənin "Kristal Pelas" klubundan ayrıldıqdan sonra bir müddət klubsuz qalan Emmanuel Adebayorun yeni komandası rəsmən məlum olub.

 

Newsport.az xəbər verir ki, Toqo millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək. 32 yaşlı futbolçu "Başakşəhər" klubu ilə münasibətlərini rəsmiləşdirib. Təcrübəli hücumçu İstanbul klubu ilə 1,5 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Adebayor "Monako", "Arsenal", "Mançester Siti", "Real", və "Tootenhem" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right