"Zirə"nin sabiq futbolçusu Nelson Bonilyanın yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, salvadorlu futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Müqavilə ilə Portuqaliyanın "Nasional" klubuna məxsus olan hücumçu Türkiyə I liqasında mübarizə aparan "Qaziantep BB" klubu ilə anlaşıb. 26 yaşlı forvard icarə əsasında mövsümün sonuna qədər adıçəkilən klubun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Bonilla mövsümün əvvəlində "Zirə"dən "Nasional"a transfer olunmuşdu.