Prosineçkinin əvəzinə onu gətirdilər

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. 

 

Newsport.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki ilə anlaşa bilməyən "timsahlar"ın rəhbərliyi komandanı Mutlu Topçuya həvalə edib. Klubun rəsmi saytında yer alan məlumata görə, 46 yaşlı çalışdırıcı mövsümün sonuna qədər komandanın "sükanı arxasında" olacaq.

 

Qeyd edək ki, Topçu məşqçilik karyerasında "Kayserispor" və "Qaziantepsor" kimi klublarda çalışsa da, ciddi uğur əldə edə bilməyib.

 

Xatırladaq ki, millimizin üzvü Dəniz Yılmaz "Bursaspor"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right