Sabiq “Qarabağ”lı Adana klubunda

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc klubunu dəyişməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Surinam əsilli futbolçu hazırda şərəfini qoruduğu “Göztəpə” klubundan ayrılmaq üzrədir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, 29 yaşlı futbolçu digər I təmsilçisi “Adana Dəmirspor”la anlaşıb. Onun yaxın günlərdə Adana təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Leroy Corc 2013-15-ci illərdə “Qarabağ”da çıxış etmişdi. O, Ağdam klubunun heyətində keçirdiyi 59 oyunda 9 qolla yadda qalmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right