Millimizin üzvü Reynaldo ilə eyni komandada çıxış edə bilər

Millimizin müdafiəçisi Ufuk Budakın yeni klubunun adı müəyyənləşmək üzrədi.

 

Newsport.az xəbər verir ki, "Kayserispor"un əsas komandasında uzaqlaşdırılan, daha sonra klubdan alacaqlarından imtina edərək müqaviləsinə xitam verən futbolçu "Adanaspor"la danışıqlara başlayıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, adanalıların baş məşqçisi Levent Şahin də Budakın transferində maraqlıdır.

 

O, müdafiənin sol cinahını məhz millimizin üzvü ilə gücləndirmək niyyətindədir. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. 

 

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Reynaldo da tezliklə "Adanaspor"la rəsmi müqavilə imzalayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right