Dəniz Yılmaz aşağı liqa təmsilçi ilə oyunda iştirak etməyəcək

"Bursaspor"un hücumçusu Dəniz Yılmaz Türkiyə kubokunun qrup mərhələsinin 6-cı turunda aşağı liqa təmsilçisi "Ümraniyespor"la səfər oyununda iştirak etməyəcək.

Newsport.az-ın məlumatına görə, "Bursaspor"u müvəqqəti çalışdıran klubun 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Tunahan Akdoğan millimizin hücumçusunun adını sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil etməyib.

Qeyd edək ki, Türkiyə kubokunda G qrupunda çıxış edən "Bursaspor" növbəti mərhələyə yüksəlmək şanslarını itirib.

Əlavə edək ki, "Ümraniyespor" - "Bursaspor" görüşü bu gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right