"Qalatasaray" darmadağınla qalib gəldi

Türkiyə kubokunda qrup mərhələsinin son turunun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, kubokun son qalibi "Qalatasaray" doğma meydanda "24Ərzincanspor"u qəbul edib. Qarşılaşma "cim bom"un 6 - 2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xallarını 11-ə çatdıran "sarı-qırmızılar" qrupu ikinci pillədə başa vuraraq 1/8 final mərhələsinə vəsiqə qazanıb.

"Qalatasaray" - "24Ərzincanspor" 6:2

QOLLAR: Lukas Podolski, 4, 10, 51, 55, 64, Qari Rodriqes, 27 - Yasin Dülgər, 15, Ahmet Kaan Ergün, 25

Qırmızı vərəqə: Naycel de Yonq, 32

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right