"Qəbələ"yə buraxılmayan hücumçuya Premyer Liqanın 2 klubu elçi düşdü

"Qəbələ"yə keçidi baş tutmayan tanınmış bolqar futbolçu Valeri Bojinova yeni müştərilər ortaya çıxıb.
 
Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
 
Bojinova türk muxtar respublikaların təmsilçiləri - "Rubin"lə "Ufa" iddialıdır. Serbiyalı agentlər "Partizan"da çıxış edən Valerini bu 2 kluba təklif edib. 
 
Futbolçunun Belqrad klubu ilə müqaviləsi bu yay bitəcək. Serblər müqavilənin uzadılmayacağının mümkünlüyünü nəzərə alaraq Bojinovu indi sataraq maddi cəhətdən qabağa düşmək istəyir. Hücumçu "Partizan"da keçirdiyi 22 rəsmi oyunda 5 qol vurub, 5 əhsuldar ötürmə edib. 
 
Xatırladaq ki, Bojinovun karyerasını Azərbaycanla yanaşı, Türkiyə, Yunanıstan, Yaponiyada davam etdirmək variantı olub. "Partizan" milli komandasının da üzvü olmuş legionerini "Qəbələ"yə buraxmayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right