Millimizin üzvü baş məşqçisiz qaldı

Türkiyə Super Liqasında bu mövsüm 11-ci baş məşqçi istefası reallaşıb.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu baş məşqçisi Hamza Hamzaoğlu ilə yollarını ayırdığını açıqlayıb. Buna "timsahlar"ın son oyunlarda uğursuz çıxış etməsi səbəb olub. Bu gün Super Liqanın XVIII turunda autsayder "Adanaspor"a məğlubiyyətdən sonra isə rəhbərlik təcrübəli çalışdırıcını göndərməyə qərar verib. 

Qeyd edək ki, "Bursaspor" 27 xalla 6-cı pillədə qərarlaşıb.

Əlavə edək ki, Dəniz Yılmaz Hamza Hamzaoğlunun ən güvəndiyi futbolçulardan biri idi. O, zədədən qayıtdıqdan sonra bütün çempionat oyunlarında forma geyinmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right