Təbriz komandasından 20 Yanvar şəhidlərinə ehtiram FOTOLAR

Təbrizin “Traktorsazi” klubunun əvəzedici komandası dünən Türkiyənin Antalya şəhərində “Qəbələ”nin əvəzedici komandası yoxlama oyununda 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramını nümayiş etdirib.

Newsport.az-ın məlumatına görə, “Qəbələ” ilə yanaşı güneyli soydaşlarımız da oyuna qara sarğı ilə çıxıb. Bundan başqa, görüşdən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, bu yoxlama oyunu hər iki komandanın təlim-məşq toplanışı çərçivəsində keçirilib və “Qəbələ”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 













Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right