Çexiya millisinin üzvü Lukaş Droppanın yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Yarımmüdafiəçi ölkənin I liqasında mübarizə aparan "Bandırmaspor" klubu ilə anlaşıb. Bu gün qardaş ölkəyən gələn Droppanın yaxın günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Lukaş Droppa "Tom"dan ayrıldıqdan sonra "Neftçi"dən təklif almışdı. Ancaq o, aşağı yerlərdə qərarlaşan "Neftçi"yə keçməkdən imtina etmişdi. Millinin üzvü verdiyi açıqlamada bunları bildirmişdi:
"Neftçi"yə keçməyə çox yaxın idim. Amma araşdırdım ki, komanda hazırda autsayderdir. Düzdür, yaxşı pul təklif edilmişdi. Ancaq autsayder komandaya gedə bilmərəm. Azərbaycanda yalnız "Qarabağ"ın təklifinə "bəli" deyərəm".