Ramil Şeydayevin komandası səfərdən 1 xalla dönür

Türkiyə kubokunun qrup mərhələsi çərçivəsində 5-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" səfərdə "Gümüşhanespor"un qonağı olub. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

Ramil Şeydayevin adı oyunun iştirak ərizəsinə daxil edilsə də, yenə oynamaq şansı qazanmayıb.

Qeyd edək ki, 5 turdan sonra aktivində 6 xal olan "Trabzonspor" 3-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right