Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Newsport.az-ın məlumatına görə, "Alanyaspor"un baş məşqçisi Hüseyn Kalpar tutduğu postdan ayrılıb.
Bu barədə klub prezidenti Hasan Çavuşoğlu qatıldığı mətbuat konfransına məlumat verib. Onun sözlərinə görə, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıb.
Qeyd edək ki, "Alanyaspor" məhz Hüseyn Kalparın başçılığı ilə Super Liqaya yüksəlmişdi.