Türkiyə klubunun məşqçisi: "Reynaldonu hələ də transfer etmək istəyirik"

Türkiyənin “Adanaspor” klubunun “Qarabağ”ın hücumçusu Reynaldonu istədiyi haqqında məlumat vermişdik.

Newsport.az-ın məlumatına görə, futbolçunun meneceri sonradan Super Liqa təmsilçisinin lazım olan pulu vermədiyini bildirsə də, “Adanaspor”un köməkçi məşqçisi Səlçuk Ərdoğan Qafqazinfoya açıqlamasında bunu təkzib edib.

O bildirib ki, Reynaldonu hələ də transfer etmək niyyətindədirlər: “Biz Reynaldonu transfer etmək istəyirik. Hələ də danışıqlar davam edir. Lazım olan pulu vermədiyimiz haqqında gəzən söz-söhbətlər düzgün deyil. Hələ ki, bu keçid dəqiqləşməyib”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right