Newsport.az-ın məlumatına görə, onun xidmətində bu mövsüm elə də uğurlu çıxış etməyən "Lill" klubu maraqlıdır. “France Football”ın yaydığı məlumata görə, “Lill” rəsmiləri bu həftənin sonlarında 35 yaşlı hücumçu ilə görüşəcəklər.
Fransa klubu baş məşqçi postuna Marselo Bielsanı gətirmək istəyir. Kamerunlu forvardın transferinin də Byelsanın razılığı ilə baş tutacağı bildirilir.
Klub rəsmisi Gerard Lopez futbolçunun transferinin gündəmdə olduğunu təsdiqləyib: “Bəli, biz Samueli transfer etmək istəyirik. Bielsa razılıq versə, bu transfer gerçəkləşə bilər".
Qeyd edək ki, Türkiyənin "Beşiktsaş" klubu da hücumçunu transfer etmək istəyir.