Millimizin sabiq üzvü Finlandiya klubunda

Gənclərdən ibarət milli komandamızın sabiq üzvü Cem Fələk karyerasını Finlandiyada davam etdirə bilər.

 

Newsport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Rovaniemi" klubunun düşərgəsində baxışdadır. 

 

Finlandiya klubu Cemi sınaqdan keçirir. Onunla bağlı qərar yaxın günlərdə veriləcək. Gənc futbolçu baxışdan uğurla keçsə, müqavilə imzalanacaq.

 

Qeyd edək ki, vaxtilə “Xəzər Lənkəran”la da müqavilə imzalayan Cem Fələk Almaniyanın “Ayntraxt” (Frankfurt), “Bohum”, Şotlandiyanın “Aberdin”, Türkiyənin “Antalyaspor”, "Karagümrük" klublarında top qovub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right