"Osmanlıspor"u "Şapekoense"yə dəyişdi

Braziliyalı qapıçı Artur Moraes Türkiyənin "Osmanlıspor" klubundan ayrılıb. 

Newsport.az-ın məlumatına görə, 35 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirəək. O, Braziliya A Seriyasında mübarizə aparan "Şapekoense" klubu ilə anlaşıb. Portuqaliyanın "Rekord" qəzetinin yaydığı xəbərə görə, Artur yeni klubu ilə münasibətlərini yaxın günlərdə rəsmiləşdirəcək.

Qeyd edək ki, "Şapekoense" ötən ilin noyabr ayının 29-da Kolumbiyada baş verən təyyarə qəzasında heyətinin böyük hissəsini itirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right