17 yaşlı qapıçıya 50 milyonluq müqavilə!

"Milan"ın qapıçısı Canluici Donarumma komandası ilə yeni müqavilə imzalayacaq.

Newsport.az-ın məlumatına görə, yeni sözləşmənin dəyəri 50 milyon avrodu. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Yayılan məlumata görə, o, bonuslarla birlikdə ilinə 10 milyon avro maaş alacaq. Bu, rəsmiləşəcəyi halda, 17 yaşlı qapıçı dünyanın ən çox qazanan qapıçısı olacaq.

Qeyd edək ki, "Milan"ın yetirməsi son olaraq Qətərin paytaxtı Dohada keçirilən "Yuventus"la Super Kubok matçında komandasının uğur qazanmasında böyük pay sahibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right