Millimizin üzvlərinin komandaları üçün uğursuz tur

Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Gəclərbirliyi"nin qonağı olub. Millimizin hücumçusunun 90 dəqiqə meydanda olduğu matç Ankara təmsilçisinin 3 - 1 hesablı qələbəsiylə başa çatıb.

Millimizin digər üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" isə doğma meydanda "Fənərbaxça"nı qəbul edib. Ramil Şeydayevin adının iştirak ərizəsinə daxil edilmədiyi qarşılaşma onaqların 3 - 0 hesablı qalibiyyətiylə yekunlaşıb.

Bu nəticələrdən sonra aktivində 27 xal olan "Bursaspor" turnir cədvəlinin 5-ci, 18 xalı olan "Trabzonspor" isə 13-pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right