Millinin üzvü transferə çıxarıldı

“Napoli” İtaliya millisinin üzvü Manolo Qabbiadinini transferə çıxarıb.

Newsport.az-ın məlumatına görə, buna 25 yaşlı futbolçunun komandanın baş məşqçisi Mauriso Sarrinin oyun sisteminə uyğun gəlməməsi səbəb olub.

Bu barədə məlumatı Neapol təmsilçisinin prezidenti Aurelio de Laurentils verib: “Qabbiadini baş məşqçimiz Maurisio Sarrinin oyun sisteminə uyğun gəlmir. Bir futbolçuya görə oyun sistemimizi dəyişən deyilik.  Buna görə də Qabbiadinini transferə çıxarmışıq. Böyük ehtimalla qışda komandamızı tərk edəcək”.

Qeyd edək ki, Qabbiadininin “Napoli” ilə 2019-cu ilin yayına qədər müqaviləsi var.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right